Regional ədliyyə idarələrinin əməkdaşları üçün təlim keçirilmişdir
17 və 19-20 aprel tarixlərində “Regional ədliyyə idarələri haqqında Əsasnamə”nin tətbiqinə metodiki və əməli köməklik göstərmək məqsədilə Ədliyyə Akademiyası tərəfindən regional ədliyyə idarələrinin əməkdaşları üçün təlim keçirilmişdir. 17 aprel tarixində keçirilmiş təlim distant formada həyata keçirilmişdir.
Təlimin Proqramı Ədliyyə Akademiyası tərəfindən hazırlanmışdır. Təlim proqrama uyğun olaraq həyata keçirilmişdir.
Proqramda nəzərdə
tutulmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Notariat fəaliyyətinin
təşkili və həyata keçirilməsi”, “Qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı və
fəaliyyətinin yoxlanılması”, ““Vətəndaşların müraciətləri haqqında” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn vəzifələr”, “Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət. “Bələdiyyələrlə İş Portalı”nın funksionallığı”, ““Elektron məhkəmə”
informasiya sistemi”, ““Elektron icra” informasiya sisteminin tətbiqi
qaydaları”, ““Elektron notariat” informasiya sisteminin imkanları”, “Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlıq işlərinin
təşkili”, “Elektron sənəd dövriyyəsi”, “Qanunvericilikə icrası icra məmurlarına
həvalə edilmiş icra sənədlərinin icrasının təmin olunmasında regional ədliyyə
idarələrinin rolu” mövzuları Ədliyyə Nazirliyinin müvafiq idarələrinin əməkdaşları
tərəfindən tədris edilmişdir.
19-20
aprel tarixlərində günün ikinci yarısında regional ədliyyə idarələrinin əməkdaşları
Ədliyyə Nazirliyinin Katibliyi, Bələdiyyələrlə iş mərkəzi, İcra baş idarəsi,
Ədliyyə sahəsində xidmətlər baş idarəsi, Probasiya xidmətində təcrübədə olmuş,
idarələrin fəaliyyəti ilə yaxından tanış olmuşlar.
Sonda dinləyicilər
arasında kursun təşkilinə, tədris olunan mövzulara, təlimçilərə münasibətlərini
öyrənmək məqsədilə anonim sorğu aparılmışdır. Anonim sorğu zamanı onlar təlimin
təşkilindən razı qaldıqlarını, tədris olunan mövzuların tələblərinə cavab
verdiyini, məruzəçilərin hazırlıq səviyyəsini və tətbiq edilən metodologiyanı
yüksək qiymətləndirdiklərini bildirmişlər. Həmçinin, təlimlərin tez-tez təşkil
olunmasını, və müddətinin artırılmasını, proqramda bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət, bələdiyyələr tərəfindən inzibati aktların hazırlanması,
elektron sənəd dövriyyəsi ilə bağlı mövzulara daha çox yer ayrılmasını təklif
olaraq bildirmişdirlər.
Təlimə 20 nəfər əməkdaş cəlb edilmişdir. Onlardan 7-si kişi, 11-i qadın olmaqla 18 nəfəri 17 apreldə baş tutmuş distant təlimdə, 6-sı qadın, 13-ü kişi olmaqla 19 nəfəri isə 19-20 aprel tarixlərində ənənəvi qaydada keçirilmiş təlimdə iştirak etmişdir.
2023-04-26