Ədliyyə Akademiyasında “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Ədliyyə Akademiyasında “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev, Akademiyanın rəhbər heyəti və əməkdaşları iştirak ediblər. Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rektoru Şahin Əliyev çıxış edərək Ordumuzun döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan, yorulmaz əzmindən və iradəsindən söz açıb.

Şahin Əliyev qeyd edib ki, bu Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, milli kimliyimizin və qürurumuzun bərpası, dövlət və Azərbaycan xalqının birliyinin təcəssümüdür.

 

2025-11-08

Paylaş: