26-28 aprel 2023-cü il tarixlərində Türkiyənin Bursa şəhərində Türk Ədliyyə Təlimi Şəbəkəsinin (TJTN) fəaliyyəti çərçivəsində “Kibercinayətkarlığa dair Qurultay” keçirilmişdir
26-28 aprel 2023-cü il tarixlərində
Türkiyənin Bursa şəhərində Türk Ədliyyə Təlimi Şəbəkəsinin (TJTN) fəaliyyəti
çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türk Dövlətləri
Təşkilatının birgə əməkdaşlığı ilə Türk Ədliyyə Təlimi Şəbəkəsinin
üzvləri və müşahidəçi üzvlərindən olan nümayəndələrin, hakimlərin və
prokurorların iştirakı ilə “Kibercinayətkarlığa dair Qurultay” keçirilmişdir
Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Macarıstan, Türkiyə və Şimali Kipr Türk Respublikası nümayəndələrinin
qatıldığı Qurultayda iştirakçılar “Beynəlxalq hüquqda və milli qanunvericiklərdə
kibercinayətkarlıqla mübarizə” mövzusunda məlumat və təcrübə mübadiləsi aparmışlardır.
Təlim şəbəkəsinin üzvi kimi Azərbaycan Respubliksından Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-tədris Mərkəzinin nümayəndələri, hakim və Ədliyyə Nazirliyinin əməkdaşları Azərbaycan Respubliksından ümumilikdə 6 nəfərdən ibatər heyət qurultayda iştirak etmişdir. Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev, Baş Prokurorluğun Elm-tədris Mərkəzinin nümayəndəsi Əmir Ocaqverdiyev, Yasamal rayon məhkəməsinin hakimi Murad Məmmədov kibercinayətkarlıqla əlaqədar milli qanunvericilik və bu sahədə məhkəmə-hüquq təcrübəsi üzrə məruzələrlə çıxış etmiş və iştirakçılara geniş məlumatlar vermişdirlər.
2023-05-03