Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqənin nəticələri üzrə namizədlər icbari təlimə buraxılmışlar
Ədliyyə
Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin yerli qurumlarında
vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı
növbəti müsabiqəyə yekun vurulmuşdur.
Müsabiqə üzrə
test imtahanından uğur qazanmış namizədlərlə ikinci mərhələdə cari ilin
fevral-aprel aylarında fərdi qaydada aşkarlıq şəraitində söhbət aparılmışdır.
Bu mərhələdə
iştirak etmiş 54 namizəddən 25 nəfər nəticələrə görə zəruri keçid balı toplamış
və Müsabiqə Komissiyası tərəfindən onların aprel ayının 14-dən etibarən Ədliyyə
Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir.
İcbari təlimin
yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə
buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul
olunacaqlar.
Namizədlər icbari
təlimdə iştirakla bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri,
Vidadi küçəsi 158, telefon: 493-71-31).
Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:
|
1. |
Abbasova Nailə
Əflatun qızı |
|
2. |
Abdurəhmanov Raul
Elman oğlu |
|
3. |
Cəfərova Bağdagül
Səmid qızı |
|
4. |
Dəmirov Şadman
Bəhman oğlu |
|
5. |
Əhmədova Sevinc
Soltanhəmid qızı |
|
6. |
Ələkbərova Sona Aris
qızı |
|
7. |
Əlizadə Gülər Ramiz
qızı |
|
8. |
Ərşadlı Urşan Natiq
oğlu |
|
9. |
Fərhadlı Tural
Novruz oğlu |
|
10. |
Hacızadə Hacı Elşən
oğlu |
|
11. |
Həsənli Cavid Qurban
oğlu |
|
12. |
Həsənzadə Səkinə
Əjdər qızı |
|
13. |
İsgəndərli Könül
İmran qızı |
|
14. |
İsmayılov Orxan
Hüseynəli oğlu |
|
15. |
İsmayılov Tunar
Mehdi oğlu |
|
16. |
Kazımlı Mətin Rövşən
oğlu |
|
17. |
Qurbanova Aytən
Rafail qızı |
|
18. |
Qüdrətli Natəvan
Vaqif qızı |
|
19. |
Məmmədov Yusif
Hüseyn oğlu |
|
20. |
Məmmədova Turanə
Telman qızı |
|
21. |
Nəcəfov Mərdəli
Ziyatxan oğlu |
|
22. |
Novruzova Sevda
Allahverdi qızı |
|
23. |
Paşazadə Paşa Sulduz
oğlu |
|
24. |
Salayev Mirtehran
Pənah oğlu |
|
25. |
Şükürlü Ləman
İmanverdi qızı |
Eyni zamanda
Müsabiqə Komissiyası xatırladır ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla
bağlı davam edən müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli,
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə
cavab verən Azərbaycan Respublikasının vətəndaşları ərizə ilə müraciət edə bilərlər
(www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti
test imtahanları keçiriləcəkdir.
Ətraflı məlumatı nazirlikdən əldə etmək olar (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).
2023-04-11