Ədliyyə Nazirliyi ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirib
Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev
İli” çərçivəsində ədliyyə orqanlarında dahi öndərin əziz xatirəsinə həsr olunan
silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə
Ədliyyə Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.
Ulu öndər Heydər
Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə,
yaşıllığın qorunmasına daim xüsusi önəm verib, bu məqsədlə mühüm proqramlar qəbul
olunaraq icra edilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət ölkə
Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, insanların sağlam
mühitdə yaşaması üçün ardıcıl işlər görülür. Bu istiqamətdə respublikamızın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə mühüm layihələr həyata keçirilir.
Ədliyyə Nazirliyi
rəhbərliyinin və kollektivinin iştirakı ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində
təşkil olunmuş aksiyada həmişəyaşıl ağaclar əkilib, onlara qulluq göstərilib.
“Heydər Əliyev İli”ndə nazirliyin yerli və regional qurumları, məhkəmələr tərəfindən də böyük həvəs və fəallıqla ağacəkmə kampaniyaları təşkil edilir.
2023-04-03