Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edib
Fevralın 15-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Yevlax rayonunda bölgə vətəndaşlarının qəbulu keçirilib.
Əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz
xatirəsinə dərin ehtiram bildirilib.
Ölkə Prezidenti
İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq keçirilən qəbulda Mingəçevir şəhəri, Yevlax, Bərdə və digər rayonlardan
olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib,
qaldırılan məsələlərə dair nazirliyin məsul işçilərinə aidiyyəti tapşırıqlar
verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla
yanaşılaraq qayğıları ilə maraqlanılıb.
Bölgə sakinləri
onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə
ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə
naziri yerli ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti tanış olub, rayon məhkəməsinə
baş çəkib, ədliyyə işçiləri və hakimlərlə görüş keçirib.
Nazir dövlət
başçısının elan etdiyi 2023-cü il “Heydər Əliyev İli”ndə 100 illiyini qeyd
etdiyimiz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında
müstəsna xidmətlərindən bəhs edib, əsasını qoyduğu mütərəqqi məhkəmə-hüquq
islahatlarını, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə
respublikamızın hərtərəfli inkişafına uyğun həyata keçirilən tədbirləri qeyd
edib.
Tədbirdə işin səmərəliliyinin artırılması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
2023-02-15