Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək
Ölkə Prezidenti İlham Əliyevin
tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan
Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 15-də Yevlax
şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Yevlax və Bərdə rayonlarından və Mingəçevir
şəhərindən olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar qəbula
Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti
110; əlaqə telefonları: (02020) 5-43-07, (070) 738-17-19), habelə Ədliyyə
Nazirliyinin 510-10-01 (əlavə 2104), (099) 317-22-05 nömrəli telefonları və
contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
2023-02-14