Ədliyyə naziri Oğuz rayonunda vətəndaşları qəbul edəcək
Ölkə Prezidenti
İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov martın 10-da
Oğuz rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Oğuz, Qəbələ və Ağdaş rayonlarından
olan vətəndaşları qəbul edəcəkdir.
Vətəndaşlar qəbula
Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 94, əlaqə
telefonu: (+99424) 24 4-32-18, (+99455) 485-90-00), habelə Ədliyyə Nazirliyinin
510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və
contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların
rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq
imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına
(www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
2023-03-09