Ədliyyə Akadmiyasında“Qanunvericilik (normativ-hüquqi aktların şərhi) texnikası” kursunun ilk buraxılışı baş tutmuşdur

Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akadmiyasında “Qanunvericilik (normativ-hüquqi aktların şərhi) texnikası” kursunun ilk buraxılışı baş tutmuşdur.

Tədrisi 4 ay davam edən kurslara mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət təşkilatlarının norma yaradıcılığı fəaliyyəti ilə məşğul olan hüquqşünasları cəlb edilmişdir. Kursların 24 dinləyicisi yekun imtahandan müvəffəqiyyətlə keçib, müvafiq şəhadətnaməni almışdırlar.

2023-04-10

Paylaş: