ƏDLİYYƏ AKADEMİYASI REGİONLARDA BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ BƏLƏDİYYƏ QULLUQÇULARININ TƏDRİSİNİN TƏŞKİL EDİLMƏSİNƏ ÜSTÜNLÜK VERİR

Ədliyyə Akademiyası tərəfindən bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsinə diqqət yetirilir.

 

 

Bu məqsədlə Ədliyyə Akademiyasında və regionlarda keçirilən kurslarda müəllim heyətiƏdliyyə Nazirliyi, Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Bələdiyyələrinin Milli Assosiasiyalarının əməkdaşları sıralarından seçilir. Bu seçim meyarı keçirilən dərsləri daha  maraqlı edir və ən əsası təcrübi baxımdan əhəmiyyətini artırır.

 

 

Bələdiyyə qulluqçuları və bələdiyyə üzvləri üçün Bakı şəhərində və regionlarda hüquqi maarifləndirmə kursu təşkil edilmişdir. Tədbirlərin davamı olaraq cari ilin 15 aprel tarixində isə Gəncə regional ədliyyə şöbəsində növbəti  maarifləndirmə kursu keçirilmişdir.

 

 

Bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi Ədliyyə Akademiyası tərəfindən hazırlanmış vəBələdiyyələrlə iş mərkəzi ilə razılaşdırılmış proqrama əsasən həyata keçirilmişdir. Təşkil edilən hüquqi maarifləndirmə kurslarının əhəmiyyətini nəzərə alaraq tədris kursunun proqramına “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Vətəndaşların müraciətləri haqqında” Qanundan irəli gələn vəzifələr, insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu, şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, bələdiyyə qulluqçularının etik davranış məsələləri, torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları kimi məsələlər daxil edilmişdir.



2016-04-15

Paylaş: