Şəki regional ədliyyə idarəsində “Heydər Əliyev İli”nə həsr olunan tədbir keçirilib
Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu,
görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi
münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il
“Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin zəngin
və çoxşaxəli irsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir.
Bu münasibətlə
nazirliyin Şəki regional ədliyyə idarəsi tərəfindən regionun ədliyyə işçiləri və
könüllüləri üçün “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir təşkil
olunub.
Tədbirdə Şəki
regional ədliyyə idarəsinin, Yeni Azərbaycan Partiyasının Şəki rayon Təşkilatının,
Şəki şəhər Gənclər idman idarəsinin rəhbərliyi və məsul əməkdaşları, bölgənin
80-ə yaxın ədliyyə işçisi və könüllüləri iştirak ediblər.
Əvvəlcə Ümummilli
Liderin Şəki şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə
gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb, Mərkəzdə Ulu Öndərin mənalı
ömür yolundan və titanik fəaliyyətindən bəhs edən maraqlı eksponatlarla
tanışlıq olub.
Sonra keçirilən tədbirdə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi,
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu
bir dəqiqəlik sükutla yad edilib.
Şəki regional ədliyyə
idarəsinin rəisi Abdulla Yusifov çıxış edərək dahi öndərin xalqımız və dövlətimiz
qarşısında misilsiz xidmətlərindən bəhs edib, yubiley ili ilə əlaqədar keçirilən
tədbirlərə toxunub.
Tədbirdə
demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsindən, dövlət gənclər
siyasətindən bəhs olunub, çıxışlar edilib.
Gənclər Ulu Öndərin
dövlətçilik ideyalarının hər kəsə örnək olduğunu və ondan daim bəhrələnərək hərtərəfli
inkişaflarına hər cür şərait yaradıldığını söyləyiblər.
Sonda əbədiyaşar liderin tarixi xidmətlərinə, o cümlədən dövlət gənclər siyasətinə həsr olunan film nümayiş etdirilib.
2023-02-15