Ədliyyə Akademiyasının Elmi Şurasının iclası keçirilib
İyulun 21-də Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının ali idarəetmə orqanı
olan Elmi Şurasının geniş iclası keçirilib. İclasda Akademiya tərəfindən
2025-ci ilin I yarımilində görülən işlər, qarşıda duran vəzifələr müzakirə
edilib.
Akademiyanın
rektoru Şahin Əliyev iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri
Şura üzvlərinin nəzərinə çatdırıb.
Daha sonra
Akademiyanın Tədris şöbəsinin rəisi vəzifəsini icra edən Zeynab Qənbərova
2025-ci ilin I yarımilinə dair hesabat məruzəsi ilə çıxış edib.
İclasda, həmçinin
Elmi Şuranın gündəliyinə daxil olan təşkilati, kadr və digər məsələlərə
baxılıb.
22-07-2025