Mediatorlar üçün maarifləndirici təlim keçirilib

2 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında distant formada mediatorlar üçün maarifləndirici təlim təşkil edilib.

Təlim 3 saat olmaqla, kargüzarlıq qaydalarının aparılması, mediasiya sənədləri ilə işləmək bacarıqlarının inkişafı, kommunikasiya bacarıqlarının artırılması mövzularını əhatə edib. Təlim Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov və Mediasiya Şurasının İntizam Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü, vəkil Esmira Rzayeva tərəfindən tədris edilib.

Təlimdə 44 nəfər kişi, 25 nəfər qadın olmaqla, 69 nəfər mediator iştirak edib.

Təlimin sonunda interaktiv müzakirələr aparılıb və mediatorları maraqlandıran suallar cavablandırılıb.

05-05-2025

Paylaş: