Əməkdaşlar üçün korrupsiyaya qarşi mübarizə mövzusunda məşğələ təşkil olunub
İyunun 25-də
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Baş idarənin və tabe qurumların əməkdaşlarının
iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın ədliyyə orqanlarında icrası
ilə bağlı “Korrupsiya hüquqpozmalarına qarşı mübarizə” mövzusunda seminar-məşğələ
keçirilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ekspert qrupunun üzvü Əliməmməd Nuriyev və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli maraqlı mühazirələrlə çıxış ediblər, mövzu ətrafında geniş və ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
25-06-2025