Ədliyyə nazirliyinin penitensiar xidmətinin əməkdaşlari üçün təlim keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Penitensiar xidmətin Baş idarəsinin və cəzaçəkmə müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.

“Azərbaycan kontitusionalizminin formalaşması, Heydər Əliyev irsi və Vətən müharibəsində Zəfərin dövlətçilik fəlsəfəsində yeri” mövzusunda keçirilmiş təlimlərdə Ədliyyə Akademiyasının mütəxəssisləri tərəfindən mühazirələr deyilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

05-12-2025

Paylaş: