Ədliyyə Akademiyası tərəfindən hakimlər üçün “Ayrı-ayrı kateqoriyalara aid cinayətlərə baxılmasının xüsusiyyətləri” mövzusunda distant formada ixtisasartırma təlimi keçirilib
Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında hakimlər üçün “Ayrı-ayrı kateqoriyalara aid cinayətlərə baxılmasının xüsusiyyətləri” mövzusunda distant formada ixtisasartırma təlimi keçirilib.
Oktyabrın 24-də keçirilmiş təlimdə 54 hakim iştirak edib. Təlimdə mövzular Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərov, Ali Məhkəmənin hakimləri Teyyub Muxtarov və Ələsgər Novruzov tərəfindən tədris edilib.
Təlim zamanı vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi
dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətlərinin
araşdırılmasının, o cümlədən bu cinayətlərə və insan alveri və əlaqəli cinayətlərə
dair işlərə məhkəmədə baxılmasının aktual problemləri, cinayət prosesində mülki
iddia və xüsusi müsadirənin tətbiqi barədə ətraflı məlumat verilib.
30-10-2025