Fakültələr

Fakültə Ədliyyə Akademiyanın fəaliyyəti üzrə ədliyyə nazirinin əmri ilə yaradılan tədris-elmi və idarəçilik struktur qurumudur.

Fakültə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Ədliyyə Akademiyasının Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi aktlarını, Nazirliyin kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, hakim vəzifəsinə namizədlərin tədrisi ilə bağlı Hakimlərin Seçki Komitəsinin və hakimlərin tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını, Akademiyanın Elmi Şurasının qərarlarını, Akademiyanın rektorunun əmr, sərəncam və yazılı göstərişlərini, habelə bu Əsasnaməni rəhbər tutur

Fakültənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

·      təhsil və ixtisas proqramlarını, tədris planlarını işləyib hazırlamaq və Elmi Şura tərəfindən qəbul ediməsi üçün təqdim etmək;

·      tədris prosesinin metodiki təminatını təmin etmək, onun planlaşdırılmasını və təşkilini həyata keçirmək;

·      tədrisin keyfiyyətinə cari nəzarət etmək;

·      ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə

·      icbari təlim keçirmək;

·      ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığını və əlavə təhsilini təmin etmək;

·      hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə hakimlərin davamlı tədrisini həyata keçirmək;

·      elmi-pedaqoji heyətin əlavə təhsilinin həyata keçirilməsini təşkil etmək;

·      hüquq maarifləndirmə işinin aparılmasında iştirak etmək;

·      daxili intizam qaydalarına riayət olunmasını təmin etmək. 

Fakültə fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

·      pedaqoji kadrların hazırlanması və onların əlavə təhsili planlarını hazırlamaq;

·      əlaqədar təşkilatların iştirakı ilə tədris planlarının, o cümlədən hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi və hakimlərin davamlı tədrisi 

·      planlarının hazırlamasını təmin etmək;

·      hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisini təşkil etmək;

·      Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin yekunları üzrə imtahanların keçirilməsində iştirak

     etmək;

·      tədris təcrübəsinin təşkilinə rəhbərlik etmək;

·      dəyişən heyətin daxili intizam qaydalarına riayət etmələrini təmin etmək;

·      dəyişən heyətin professional keyfiyyətlərini və vətəndaş mövqeyini formalaşdırmaq, onlarda təşəbbüskarlığı, sərbəstliyi və yaradıcılıq qabiliyyətini  

     inkişaf etdirmək;

·      tədris olunan fənlərin kompleks elmi və metodik təminatını həyata keçirmək;

·      dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarının tətbiqini

·      nəzərdə tutan elmi metodik materialların işlənib hazırlanmasını təmin etmək;

·      fundamental və tətbiqi elmi tədqiqatların aparılmasında iştirak etmək və elmi forumlar təşkil etmək;

·      müasir informasiya texnologiyalarının və texniki vəsaitlərin tədrisdə istifadə formalarının və metodlarının, yeni tədris texnologiyalarının işləyib

     hazırlamaq;

·      qiymətləndirmə formalarının keçirilməsinə nəzarəti təşkil etmək;

·      dinləyicilərin dərslərdə iştirakını təmin etmək;

·      fakültə üzrə dərs cədvəllərinin tərtib etmək və onun həyata keçirilməsinə nəzarət etmək;

·      Akademiyanın iş planına dair tövsiyələr vermək, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirmək.

Ədliyyə Akademiyasında aşağıdakı fakültələr mövcuddur:

·      Ədliyyə işçilərinin tədrisi fakültəsi,

·      Bələdiyyə, dövlət və qeyri-dövlət qrumları işçilərinin ixtisasartırma fakültəsi, 

·      Hakimlərin və hakimliyə namizədlərin tədrisi fakültəsi,

·      Məhkəmə işçilərinin ixtisasartırma fakültəsi,

·      Prokurorluq orqanı işçilərinin ixtisasartırma fakültəsi,

·      Vəkillərin və mediatorların tədrisi fakültəsi,

·      Penitensiar xidmət işçilərinin tədrisi bölməsi.